Accessibility links

Gürcüstan Rusiyaya məxsus pilotsuz təyyarənin vurulduğunu deyir


Gürcüstan rəsmilərinin bildirdiyinə görə Cənubi Osetiya yaxınlığında Rusiyaya məxsus pilotsuz təyyarə vurulub. Daxili işlər nazirinin sözçüsü Şota Utiaşvilinin dediyinə görə, dünən polis işçiləri pilotsuz idarə olunan kəşfiyyat təyyarəsini Cənubi Osetiya sərhədi yaxınlığındakı Siteluvani kəndi ərazisində vurub salıblar. Rusiyanın Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Drobişevski Gürcüstanın bu məlumatını təkzib edib. O, Tbilisinin bu iddiasını regionda stabilliyi pozmaq cəhdi kimi qiymətləndirib.


XS
SM
MD
LG