Accessibility links

Əfqanıstanda polis komandirinə qarşı hücum həyata keçirilib


Əfqanıstan paytaxtı Kabildə baş verən bomba partlayışı nəticəsində iki polis işçisi həlak olub və onların komandiri yaralanıb. Rəsmilər deyir ki, bugünkü hücumun hədəfində komandir Əli Şah Paktiaval olub. O, Əfqanıstan paytaxtında Cinayət-Axtarış İdarəsinin rəisidir. Paktiaval hücumdan bədən xəsarəti almaqla yaxaqurtarsa da, onun iki zabiti həlak olub. Polisin bildirdiyinə görə, partlayış Pakiaval öz komandası ilə birgə 3 həmkarının qətlini araşdırarkən baş verib. Bu 3 nəfər isə dünən gecə Kabildəki polis postuna hücum zamanı ölmüşdülər. Hücumun məsuluyyətini Taliban öz üzərinə götürüb.

XS
SM
MD
LG