Accessibility links

ABŞ prezidenti Corc Buş fələstinlilərin prezidenti Mahmud Abbasla görüşüb


Birləşmiş Ştatlar prezidenti Corc Buş bu gün Ağ Evdə Yaxın Şərqdə sülh prosesini müzakirə etmək üçün fələstinlilərin prezidenti Mahmud Abbasla görüşüb. Ağ Evin bildirdiyinə görə, cənab Buşun danışıqlar zamanı Fələstin və İsrail məsələsində irəliləyişlər, Fələstin təsisatlarının qurulması, iki dövlətin sülh və əminamanlıq şəraitində dinc yanaşı yaşaması kimi məsələləri müzakirə ediblər.

İsrail və Fələstin rəsmiləri ABŞ prezidenti Corc Buşun yanvar ayında vəzifəsindən gedənə qədər bu iki ölkə arasında sülh razılığının əldə olunacağına ümid etdiklərini bildiriblər.

Mahmud Abbasla İsrailin baş naziri Ehud Olmert arasında bundan əvvəl keçirilən görüşlər zamanı çox cüzi nailiyyətlər əldə edilib.

XS
SM
MD
LG