Accessibility links

Türkiyə hərbçiləri kürd yaraqlıların hədəflərinə hücum edib


Türkiyə hərbi təyyarələri İraqın şimalında kürd yaraqlıların 16 hədəfinə zərbə endirib. General Mətin Qurak bu gün deyib ki, yaraqlıların Qəndil dağlarındakı sığınacaqları dünən gecə bombalanıb. PKK kimi tanınan Kürdüstan Fəhlə Partiyasının yaraqlıları hücumu təsdiq edib və bildirib ki, qrupun bir nəfər üzvü yaralanıb. Rəsmi Ankaranın bildirdiyinə görə, separatçı PKK yaraqlıları Türkiyə ərazisinə hücumlar təşkil etmək üçün İraqın şimalındakı sığınacaqlardan istifadə edir. Bu il Türkiyə İraqın şimalında yaraqlıları hədəfə alan çoxsaylı hücumlar həyata keçirib. İraq bunu suverenliyinin pozulması kimi qiymətləndirərək hücumları ittiham edir. PKK yaraqlıları isə 1984-ci ildən Türkiyənin cənub-şərqində muxtariyyət uğrunda mübarizə aparır.

XS
SM
MD
LG