Accessibility links

Namizədlər arasında keçiriləcək ilk prezident debatları sual altındadır


Respublikaçı namizəd Con Makkeyn öz kampaniyasını dayandırdığını elan etdikdən sonra bu gün Demokrat namizəd Barak Obama ilə senator Makkeyn arasında keçiriləcək ilk prezident debatları sual altındadır. Buş adaministrasiyasının maliyyə sektorunu xilas planını müzakirə etmək üçün Vaşinqtona qayıdan Arizona senatoru başlıca diqqətin bu məsələyə yönəldilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, razılıq əldə olunmasa, debatda iştirak etməyəcək. Qəzəbli Demokrat qanunvericilər isə Makkeyni potensial razılığı pozmaqda günahlandırırlar. Barak Obama senator Makkeyni prezident siyasətini danışıqlara qatmaqda günahlandırıb.

XS
SM
MD
LG