Accessibility links

ABŞ prezidentliyinə namizədlər arasında ilk debat keçirildi


ABŞ prezidentliyinə namizədlər Demokrat Barak Obama və Respublikaçı Con Makkeyn noyabr seçkilərindən öncə ilk debatlarında xarici siyasət və iqtisadiyyatı müzakirə ediblər. Xarici siyasətə gəldikdə Makkeyn İraqda hərbi uğurları qeyd etmiş, Obama isə İraqa hərbi müdaxiləni tənqid edərək, əvəzində Əfqanıstana daha çox diqqət yetirilməsinin vacibliyini vurğulamışdır. Missisipinin Oksford şəhərində keçirilən debatda senatorlar razılaşıblar ki, nüvə silahı əldə edərsə Tehran İsrail üçün iri təhlükə mənbəyi olacaq. Lakin Makkeyn İrana qarşı daha sərt sanksiyalara çağırdığı halda, Obama birbaşa diplomatiyanın tərəfdarı olduğunu deyib. ABŞ maliyyə böhranına gəldikdə namizədlər hökumətin xilas planını ümumilikdə dəstəkləmiş, amma iqtisadiyyatı dirçəltmək yönümündə bir-birindən fərqlənmişlər.

XS
SM
MD
LG