Accessibility links

İraqda Səadiyə şəhərinin kürd meri yaralanıb


İraq polisi Bağdadın qərbində maşına yerləşdirilmiş iki bomba partlayışı nəticəsində 12 nəfərin həlak oluduğunu bildirir. Təhlükəsizilik qüvvələrinin rəsmiləri deyirlər ki, maşına yerləşdirilmiş bombalar biri-birinin ardınca partlayıb. Hücum zamanı 35 nəfər yaralanıb. Polis həmçinin bildirir ki, Bağdadın qərbindəki Mənsur bölgəsində yol kənarında yerləşdirilmiş bombanın partlaması bir nəfərin həlak olması ilə nəticələnib. Diyala vilayətində yol kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində isə Səadiyə şəhərinin kürd meri daxil olmaqla, 6 nəfər yaralanıb.

XS
SM
MD
LG