Accessibility links

Belarusda seçkilər demokratik standartlara cavab verməyib


ATƏT-in bildirdiyinə görə, seçki prosedurlarında kiçik inkişafa baxmayaraq Belarus parlament seçkiləri demokratik standarlara cavab verməyib. Təşkilatın bugünkü hesabatı Belarus rəsmilərinin müxalifətin 110 yerdən heç birini əldə edə bilməməsini deməsindən sonra bəyan edilib. ATƏT bildirir ki, səsvermə ümumilikdə yaxşı keçib. Ancaq 48 məntəqədə səslərin hesablanmasını “pis və ya çox pis” qiymətləndirən təşkilat 35 dairədə isə müşahidəçilərin montorinq aparmasına əngəl törədildiyini bildirib. Müxalifət liderləri seçkilərin saxtalaşdırıldığını iddia edir və Qərbi bu nəticələri tanımamağa çağırır. Prezident Aleksandr Lukaşenko dünən deyib ki, müşahidəçilərin seçkilərin ədalətsiz keçirildiyini söyləməsi çətin olacaq.


XS
SM
MD
LG