Accessibility links

Əfqanıstanda siyasətçiyə qarşı hücum olub


Əfqanıstan rəsmiləri deyir ki, siyasətçiyə qarşı hücum onun 4 cangüdəninin ölməsinə səbəb olub. Rəsmilərin sözlərinə görə, dünən axşam silahlılar Qəndahar vilayətində Məhəmməd Həşimi öldürməyə çalışıblar. Həşim qonşu Zabul Vilayət şurasının sədridir. Hücum zamanı o, yaralanmayıb. Digər bir zorakılıq faktında Qəzni vilayətinin rəsmiləri deyir ki, beynəlxalq qüvvələrin hava hücumları nəticəsində Taliban yaraqlıları və ən azı başqa 3 nəfər həlak olub. Dünən habelə NATO qüvvələrinin bir əsgəri ölüb. Əsgərin kimliyi barədə ətraflı məlumat verilməyib.

XS
SM
MD
LG