Accessibility links

İranın nüvə başlığı daşımağa qadir olan raket istehsalına çalışdığı irəli sürülür


“Jerusalem Post” qəzetinin Beynəlxalq Atom Enerjisi Agentliyindəki diplomatik mənbələrə istinadən bildirdiyinə görə, İran höküməti nüvə başlıqları daşıya bilməsi məqsədi ilə orta mənzilli “Şəhab 3” raketləri üzərində dəyişikliklər etməyə çalışıb. Mənbənin məlumatına görə, Beynəlxalq Atom Enerjisi Agentliyi İranın bu fəaliyyətlərini nümayiş etdirən şəkillər və sənədlərdən ibarət faktları qurumun idarə heyətinin üzvlərinə təqdim edib.
ABŞ-ın Beynəlxalq Atom Enerjisi Agentliyindəki səfiri Grigori Şolti təqdim edilən sənədlər və faktların etibarlılığını təsdiq etsə də, İranın Atom Agentliyindəki nümayəndəsi, Əliəsgər Sultaniyə bu qurumun irəli sürdüyü bütün dəlillər və sənədləri saxta adlandırıb. O, Atom Agentliyini “yalan nüvə silahı iddiaları” üzrə araşdırmaların dayandırılmasına çağırıb. Qərb İranın nüvə silahı əldə etməyə çalışmasından ehtiyatlanır, İran isə bütün fəaliyyətlərinin dinc məqsədli olduğunu bəyan edir.

XS
SM
MD
LG