Accessibility links

BMT nüvə agentliyinin illik konfransı keçirilir


BMT nüvə agentliyinin direktoru bildirib ki, onun təşkilatına daha çox səlahiyyət, resurslar və işçi qüvvəsi lazımdır ki, vəzifəsinin öhdəsindən gələ bilsin. Məhəmməd əl Baradei bu fikri bu gün Beynəlxalq Atom Enerjisi Agentliyinin Vyanada keçirilən illik konfransında izhar edib. Konfransda Suriya və İranın daha çox nüfuz əldə etməyə çalışacağı və İsrailin nüvə proqramı ilə bağlı bu ölkəyə təzyiqlər göstəriləcəyi gözlənilir. Beynəlxalq Atom Enerjisi Agentliyinin həftəlik konfransı nüvə texnologiyası ilə əlaqədar bir sıra məsələlərdə 145 üzv dövləti bir araya gətirir. Bu il İslam ölkələri İsrail nüvə rpqoqramını beynəlxalq nəzarət altına gətirmək üçün təşəbbüslə çıxış edəcəklər. Konfransda başqa məsələ İran və Suriyanın BMT agentliyinin müdirlər şurasında yer əldə etməsi mümkünlüyüdür.

XS
SM
MD
LG