Accessibility links

Corc Buş iqtisadi böhranın daha da dərinləşə biləcəyi barədə xəbərdarlıq edib


ABŞ prezidenti Corc Buş deyib ki, böhran içində olan maliyyə sektorunu xilas etmək üçün hökumətin təklif etdiyi planın təsdiq edilməsi ətrafında mübarizə hələ bitməyib. O, plan təsdiq edilmədiyi təqdirdə, bunun iqtisadiyyat üçün ciddi nəticələnəcəyi haqda xəbərdarlıq edib. Təklif edilmiş 700 milyard dollarlıq planın Nümayəndələr Palatasında təsdiq edilməməsi aksiya bazarlarında indekslərin ən kəskin şəkildə enməsilə müşaiyət olmuşdur. Bu gün aksiya bazarlarının açılmasından öncə danışan perzident Buş edyib ki, ölkə fövqəladə vəziyyətdədir və fəaliyyət göstərilməsə, bunun nəticələri gündən-günə daha da ağır ola bilər. Prezident Buşun bildirdiyinə görə, administrasiyanın rəsmiləri planın təsdiqi üçün Konqreslə iş aparırlar.

XS
SM
MD
LG