Accessibility links

Həmid Karzai Taliban yaraqlıları ilə sülh danışıqlarına hazır olduğunu deyib


Əfqanıstan prezidenti Həmid Karzai Taliban yaraqlıları ilə sülh danışıqlarına hazır olduğunu deyib. Bu gün, müsəlmanların müqəddəs bayramı Ramazan günü müxbirlərlə söhbət edən cənab Karzai deyib ki, o, Səudiyyə Ərəbistanı kimi ölkələrı Taliban yaraqlıları ilə Əfqan hökuməti arasında sülh danışıqlarına vasitəçilik etməyə çağıracaq. Əfqanıstan prezidenti Taliban lideri Molla Öməri geri qayıtmağa, xalqının sülh və təhlükəsizliyi yolunda işə başlamağa çağırlb. Cənab Karzai deyib ki, o, Molla Öməri Birləşmiş Ştatlar və NATO ordusundan şəxsən qoruyacağına söz verib. Lakin Molla Ömər beynəlxalq qüvvələrin Əfqanıstanı tərk etməsini tələb edir.

XS
SM
MD
LG