Accessibility links

Co Bayden və Sara Peylin debata hazırlaşırlar


ABŞ vitse-prezidentliyə namizədlər, demokrat senator Co Bayden və Alyaska ştatının respublikaçı qubernatoru Sara Peylin arasında bu gün ilk və yeganə debat keçirələcək. ABŞ-da iqtisadi durum Missuri ştatının Sent Luis şəhərində keçiriləcək debatın əsas mövzusu olacaq.

Debatlar zamanı siyasi arenaya yeni çıxmış Sara Peylinin özünün də diqqət mərkəzində olacağı gözlənilir. ABŞ prezidentliyinə respublikaçı namizəd Con Makkeynin Sara Peylini vitse-prezidentliyə namizəd irəli sürməsi partiya daxilində canlanma yaratsa da, tənqidçilər onun kifayət qədər təcrübəyə malik olmadığını bildirirlər. CNN tele-şirkətinə müsahibə zamanı Con Makkeyn deyib ki, o, Sara Peylinin təcrübəsi, istedadı və qabiliyyətinə arxayındır.

XS
SM
MD
LG