Accessibility links

Asiya maliyyə tənzimləyicilərini gücləndirməlidir


BMT-nin ticarət və inkişaf üzrə ali rəsmisinin sözlərinə görə, Asiyanın maliyyə sistemini qorumaq üçün maliyyə tənzimləyicilərini gücləndirməsi lazımdır. Ticarət və İnkişaf üzrə BMT konfransının baş katibi Supaçay Paniçpakdi bu gün Asiya ölkələrini regional əməkdaşlığı yaxşılaşdırmaq üçün ciddi addımlar atmağa çağırıb. Keçən ay ABŞ-da maliyyə böhranı başlayandan bəri Yaponiya, Avstraliya, Hindistan və başqa dövlətlərin mərkəzi bankları kredit bazarlarına milyardlarla dollar pul axıdıb. Cənab Supaçayın sözlərinə görə, ABŞ maliyyə yardım paketi böhranın həllini deyil, müvəqqəti yardımı təmin edir. O, mərkəzi bankları iqtisadi stabiliyin inkişafı siyasətini davam etdirməyə çağırıb.

XS
SM
MD
LG