Accessibility links

ABŞ Dövlət katibi Hindistanda mülki nüvə sahəsində əməkdaşlığa dair sənədi müzakirə edib


ABŞ Dövlət katibi Kondoliza Rays Konqresin bu yaxınlarda mülki nüvə sahəsində əməkdaşlığa dair müqaviləni təsdiq etməsindən sonra Dehlidə Hindistan rəsmilərilə sənədi müzakirə edib. Xanım Rays Xarici İşlər naziri Pranab Mukerci ilə danışıqlardan sonra deyib ki, mülki nüvə sahəsində mübadiləyə 34 illik qadağaya son qoyan müqaviləni imzalamamış, bir sıra inzaibati detallar həll edilməlidir. Müqavilə ABŞ prezidenti Corc Buş tərəfindən hələ imzalanmayıb.

Kondoliza Rays bu gün Hindistanın baş naziri Manmohan Sinqlə görüşməlidir.

Müqaviləyə əsasən, Hindistan öz nüvə obyetklərini təftiş üçün açdığı halda, Vaşinqtonun mülki nüvə sahəsində texnologiyalar və materialları Dehli ilə bölüşdürməsi nəzərdə tutulur.

Hindistanın kommunist partiyası bu gün müqaviləyə etirazını bildirərək, hökumətin Hindistanın siverenlyini ABŞ imperializminə təslim etdiyini deyib.

XS
SM
MD
LG