Accessibility links

Süleyman Əliyarlı: “Rusiya həmişə ermənilərə üstünlük verib”


Nüfuzlu tarixçi professor Süleyman Əliyarlı Rusiyanın Qafqazla bağlı siyasətinin tarixi əsaslarını "Amerikanın səsi"nə şərh edib. Cənab Əliyarlı ilə müsahibənin mətnini təqdim edirik:
Sual: Rusiyanın tarixən Cənubi Qafqazdakı siyasətini necə səciyyələndirərdiniz? Rusiya dövlətinin burada başlıca hədəfləri nə olub?
Cavab: İndi qəribə görünsə də, əslində Rusiya ilk əvvə Cənubi Qafqazı birinci dərəcəli, bir nömrəli hədəf kimi götürmürdü. Rusiya siyasətində bu, bir vasitə kimi götürülürdü. Çünki Rusiya xarici siyasətinin, o cümlədən Qafqaz və Şərq siyasətinin konsepsiyası birinci Pyotr tərəfindən, onun xüsusilə "Pyotrun vəsiyyəti" adlanan sənədində verilib. Bu sənəddən aydın olur ki, Rusiya ilk əvvəl Osmanlını, səfəvi imperatorluğunu və Hindistanı ələ keçirərək, özünün müstəmləkəsinə çevirməyi hədəfləmişdi. Cənubi Qafqaz isə isti dənizlərə - Hind okeanına, Ərəb körfəzinə çıxışları təmin etmək üçün coğrafi strateji baxımdan bir keçid üçün vasitə kimi götürülürdü. Amma birinci Aleksandrın zamanında Qafqaz bir nömrəli siyasi hərbi vəzifə kimi ortaya çıxdı. Çünki Pyotrun ölümündən sonrakı 100 ilin içində aydın olmuşdu ki, Osmanlı Türkiyəsinin, Səfəvi İranının və hindistanın zəbti o qədər də asan məsələ deyil. Siyasi məram qalmaqda idi, amma Qafqaz məsələsi artıq önə keçmişdi...
Sual: Cənubi Qafqazda 3 iri dövlət var. Və təbii ki, Rus dövlətin bunlara qarşı siyasəti həmişə eyni olmayıb. Fərdi millətlərə qarşı yürüdülən siyasəti necə fərqləndirərdiniz?
Cavab: Təbii ki, burada fərqləndirici məqamlar kifayət qədərdir. Gürcülərin provoslav təriqətinin daşıyıcısı olmaları mənəviyyat baxımından ruslar üçün bu ölkəni və onun əhalisini daha cəlbedici saymaq üçün əsas götürülürdü. Amma gerçək siyasətdə isə, hətta Pyotrun zamanından – yəni rus xarici siyasətinini artıq ənənəvi xəttinin ortaya çıxdığı dövrdən bütün məsələlərdə rus siyasətçiləri ermənilərə arxalanmağa üstünlük verirdilər. Azərbaycanləlara qarşı heç bir milli siyasi hüquq tanımaq haqqında söhbət getmirdi. Gürcülər haqqında isə rəsmi raportlarda müəyyən dərəcədə hətta heyranlıq, rəğbət ifadə olunurdu, amma gerçək siyasətdə üstünlük həmişə ermənilərə verilirdi.
Sual: Rus imperializminin regionda uzunmüddətli təsirləri haqqında nə demək olar? Rus imperiyası Cənubi Qafqazda nə kimi izlər qoyub?
Cavab: Azərbaycanda məsələn, çar höküməti əsl emaledici fabrik zavod sənayesinin yaranmasına maneçilik törədirdi. 1820-ci illərin sonundan Azərbaycanda fabrik sənayesi ipəkçilik sahəsində yaranmağa başladı - əvvəlcə manufaktura, sonra da fabrika adları ilə. Bu müəssisələr əslində yarımfabrikat istehsalı ilə məşğul olurdular. Yəni əsl fabrik-zavod sənayesini təmsil edən müəssisələr deyildi. Azərbaycanda məktəblərin açılmasına da çar höküməti son dərəcə böyük qısqanclıqla yanaşırdı. Ayrı-seçkilik bütün sahələrdə idi. Bunu millətə çatdıran ilk orqanımız isə, Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti olmuşdu ki, 1975-ci ildə saylarının birində yazırdı: "Bizlər Rusiya tərəsindən zəbt edilmiş olkələrik. Amma bizlərə - Qafqaz türklərinə olan münasibət tamamilə bam-başqadır, nəinki qonşularımıza..."

XS
SM
MD
LG