Accessibility links

ABŞ prezidentliyinə namizədlər kampaniya strategiyasını dəyişir


ABŞ prezident seçkilərində namizədlər seçki gününə bir ay qalmış kampaniyanın tonuna dəyişiklik gətirir. Həm demokrat senator Barak Obama, həm respublikaçı senator Con Makkeyn bütün diqqəti maliyyə böhranına yönəltmişdilər. Lakin indi 700 milyard dollarlıq yardım planı qanun kimi qüvvəyə mindikdən sonra Barak Obama diqqəti səhiyyə xidmətləri sahəsinə yönəldir.

Bu gün Virciniya ştatında yürüş zamanı Barak Obamanın rəqibi Con Makkeynin “radikal” adlandırdığı səhiyyə planını kəskin tənqid edəcəyi gözlənilir. Obamanın kampaniyasından bildirilir ki, Con Makkeynin planı milyonlarla amerikalının səhiyyə imtiyazlarına vergi qoyacaq və milyonlarla insan səhiyyə sığortasını itirəcək.

Respublikaçılar partiyasının rəsmiləri bu ittihamların yalan olduğunu bildirirlər. Onlar həmçinin bildiriblər ki, Makkeyn də diqqəti öz rəqibinin xüsusiyyətlərinə çəkməyi planlaşdırır.

XS
SM
MD
LG