Accessibility links

Rusiya Gürcüstanda "buffer zona"dan çıxır


Avropa Birliyinin Gürcüstanda yerləşdirdiyi monitorlar Rusiyanın separatçı Cənubi Osetiya regionu yaxınlığındakı yoxlanış məntəqəsini tərk etdiyini müşahidə ediblər. Rusiya bildirib ki, Fransanın vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən oktyabrın 10-na kimi münaqişəli regionların ətrafındakı təhlükəsizlik zonasından qoşunlarını çıxaracaq. Bu həftə rus qüvvələri Avropa Birliyi monitorlarına Cənubi Osetiya həndəvərindəki “buffer zona”ya girməyə icazə verib. Bundan əvvəl isə rəsmilər müşahidəçilərin əraziyə buraxılmayacağını bildirirdi. Avropa Birliyinin 200-dən çox sülh monitoru çərşənbə günündən bəri missiyalarına başlayıb.
XS
SM
MD
LG