Accessibility links

İsrail Şimali Koreyanı ittiham edir


İsrail Şimali Koreyanı silahlara nəzarət sazişinə zidd olaraq Yaxın Şərqin 6 ölkəsinə kütləvi qırğın silahları göndərməkdə ittiham edir. İsrailin Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Devid Danieli dünən bildirib ki, Pxenyan uzun müddət regionda təhlükəli silahlar və ballistik mərmi mənbəyi olub. O, Vyanada çıxışında bildirib ki, silahlar qara bazar və gizli kanallar vasitəsilə ötürülür. Danieli alıcı ölkələrin adlarını sadalamayıb. İsrail nümayəndəsi çıxışını nüvə silahlarının yayılmaması üzrə bir həftəlik konfransda edib.

XS
SM
MD
LG