Accessibility links

Dünya səhm birjalarında dəyərlər kəskin şəkildə düşüb


Bu gün Amerika Birləşmiş Ştatlarının kredit böhranının dərinləşəcəyi və Avropa bazarlarına yayılacağı təhlükəsi ilə dünya səhm birjalarında dəyərlər kəskin şəkildə düşüb. ABŞ-ın Dow Jones sənaye birjasında son 4 ildə ilk dəfə olaraq 5 faiz azalma ilə göstəricilər 10 min xal aşağı enib. Japoniyanın Nikkei indeksi son 4 ildə ən aşağı səviyyəsinə enib. Hong Konqun Hang Seng indeksi 5 faiz dəyər itirib. Avropa bazarları da təlatüm içərisindədir. Britaniya, Fransa və Almaniyanın birjalarında səhmlər 5 faiz azalıb. Rusiyanın aparıcı mübadilə bazarı 15 faiz dəyər itirdikdən sonra ticarətini dayandırıb. Dünyanın iqtisadi durumu neft qiymətlərinə də təsirsiz qalmayıb. Son 9 ay ərzində Nyu-Yorkun neft bazaırnda bir barrel xam neftin qiyməti 90 dollardan az olub.

XS
SM
MD
LG