Accessibility links

Qlobal səhm birjalarında qarışıq nəticələr qeydə alınıb


Dünənki itkilərdən sonra qlobal səhm birjalarında qarışıq nəticələr qeydə alınıb. Avropa səhm indeksləri dəyişkən ticarətdən sonra 1-2% qalxıb. Yaponiyanın aparıcı indeksi 3% itirib, amma Tayvan və Koreyada artım baş verib. Bazar Ertəsi Dau Counz indeksi son 4 ildə ilk dəfə olaraq 10 min baldan aşağı endi. Bu gün treyderlər Avstrailya Mərkəzi Bankının sələm faizlərini kəsməsinə reaksiya verirlər. Onlar ümid edir ki, başqa mərkəzi banklar da oxşar addımlar atacaq.

Maliyyə sektoru üçün nəzərədə tutulmuş 700 milyard dollar həcmində xilas paketi ötən cümə günü qəbul edildi. Prezident Corc Buş planın işə düşməsinin vaxt aparacağını söyləyir. Bu arada Beynəlxalq Valyuta Fondu dünya boyu maliyyə rəsmilərini öz səylərini koordinasiya etməyə çağırır.

XS
SM
MD
LG