Accessibility links

Robert Qeyts Kosovodadır


ABŞ müdafiə naziri Kosovo dəstəyini yenidən nümayiş etdirərək Amerika qüvvələrinin 2009-cu ilədək orada qalacağına vəd verib. Robert Qeyts Kosovo fevral ayında müstəqilliyini bəyan edəndən sonra oraya gedən ən yüksək vəzifəli ABŞ rəsmisidir. O, bu gün jurnalistlərə deyib ki, Birləşmiş Ştatlar tərəddüdsüz Kosovonun ərazi bütövlüyünü tanıyır. O, bəzi serblərin təklif etdiyi Kosovonun etnik sərhədlərə ayrılmasının həll yolu olmadığını bildirib. ABŞ-ın orada BMT sülhməramlı qüvvələrinin bir hissəsi kimi 1500 əsgəri mövcuddur. Serbiya Kosovonu özünün dini və tarixi ürəyi hesab edir və Rusiya ilə yanaşı onun müstəqilliyini tanımır.

XS
SM
MD
LG