Accessibility links

Əfqan və ABŞ qüvvələri tərəfindən 43 yaraqlı öldürülüb


Birləşmiş Ştatların Əfqanıstandakı koalisiya qüvvələrinin bildirdiyinə görə, ölkənin cənubundakı Zabul vilayətinin Qalat mahalında Əfqanıstan və ABŞ qüvvələri tərəfindən 43 yaraqlı öldürülüb. ABŞ hərbçiləri deyirlər ki, Əfqan və ABŞ qüvvələrindən ibarət hərbi patrol pusquya salınaraq, snayperlərdən və ağır silahlardan hücuma məruz qaldıqdan sonra cavab atəşi açmışdır. Əsgərlərin köməyinə hava qüvvələri də gəlmişdir. Rəsmilər Əfqan və ABŞ qüvvələrinin itki vermədiyini deyirlər. Bunlarla yanaşı bildirilir ki, Almaniya kansleri Angela Merkelin kabineti Əfqanıstandakı alman hərbi qüvvələrinin qalma müddətini əlavə 14 ay uzadılmasına razılıq verib.

XS
SM
MD
LG