Accessibility links

Çin ABŞ-a xəbərdarlıq edir


Çin ABŞ-ın Tayvana altı milyard dollarlıq silah satışı haqda qərarını təsdiq etməsinin ciddi nəticələnə biləcəyinə dair xəbərdarlıq edib. Bu gün mətbuat konfransında danıan Çin Xarici İşlər nazirliyinin sözçüsü Gin Qanq deyib ki, Birləşmiş Ştatların hərəkəti Çinin təhlükəsizliyinə hədə yaradır və iki ölkə arasında münasibətlərə mənfi təsir göstərəcək. Dünən ABŞ Müdafiə Nazirliyi elan edib ki, Çin Taypeyə raketlər, vertolyotlar və digər hərbi təchizat satışına dair qərarına cavab olaraq Birləşmiş Ştatlarla bəzi hərbi mübadilə proqramlarını təxirə salıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, silah satışı nəinki hərbi mübadilə proqramlarına, ABŞ və Çin arasında əməkdaşlığın hər bir sahəsinə öz təsirini göstərəcək.










XS
SM
MD
LG