Accessibility links

Birləşmiş Ştatlar və dünya bankları sələm faizlərinin ixtisarı qərarına gəlmişlər


Birləşmiş Ştatlar və Avropanın mərkəzi bankları sələm faizlərini ixtisarı qərarına gəlib. Onlar bununla qlobal iqtisadi böhran və səhmlərin kəskin şəkildə dəyər itirməsinin qarşısını ala biləcəyinə ümid edirlər. Birləşmiş Ştatların Federal Ehtiyat və Avropanın Mərkəzi bankı, eləcə də Kanada, İsveçrə, İsveç və İngiltərə bankları koordinasiyalı şəkildə sələm faizlərini 0,5 % ixtisar etmək qərarına gəlmişlər. Çin faizi dörddə bir qədər ixtisar edib. Yaponiya Bankı da öz növbəsində beynəlxalq bankların bu qərarını dəstəkləyəcəyini bildirmişdir.

Britaniyanın İngiltətə Bankının da faizlərini azaldacağı gözlənilir. Lakin bu, cümə axşamına qədər həyata keçirilməyəcək. Britaniya parlamentinin Aşağa Paltasında çıxış edən baş nazir Qordon Braun beynəlxalq koodrinasiya ilə atılan bu addımın böyük əhəmiyyət kəsb etdiyini deyib. Baş nazir şənbə günü Beynəxalq Valyuta Fondunun yığıncağı zamanı böyük 7-lərin məsələni müzakirə edəcəyini və iqtisadi böhranın aradan qaldırılması üçün beynəlxalq liderlərin yaxın gələcəkdə yığıncaq keçirəcəyinə ümid bəslədiyini deyib.

XS
SM
MD
LG