Accessibility links

Asiya bazarlarında ticarət qarışıq göstəricilərlə həyata keçirilib


Asiya bazarlarında qlobal tənəzzülün qarşısının alınması məqsədi ilə koordinasiyalı şəkildə sələm faizlərinin azaldılmasından sonra bu gün ticarət qarışıq göstəricilərlə həyata keçirilib. Yaponiyanın Nikkei indeksi yarım faiz az, Sidney və Tayvan marketləri bir faiz dəyər itirməklə işini başa çatdırıb. Hiong Konqun Hang Seng indeksi 3% dəyər qazanmışdır. Koreya bankı sələm faizlərini 4-də 3 faiz azaldıb. London, Paris və Frankfurt indeksləri 2% qalxıb. Amerika Birləşmiş Ştatları və Avropanın mərkəzi bankları sələm faizlərinin ixtisarı qərarını dünən elan etmişdi.

XS
SM
MD
LG