Accessibility links

Türkiyə PKK -ya qarşı mübarizədə yeni təklifləri nəzərdən keçirir


Türkiyə rəsmiləri təhlükəsizlik qüvvələrinə qarşı ölümlə nəticələnmiş iki hücumdan sonra kürd yaraqlılarına qarşı mübarizədə yeni təklifləri müzakirə edirlər. Ölkənin mülki və hərbi liderlərinin müzakirə etdiyi təkliflər arasında İraqın şimalında bufer zonasının yaradılması məsələsi də olub.

Bəzi hökumət rəsmiləri Türkiyə hərbi qüvvələrinin İraqda yerləşdirilməsinin problemli ola biləcəyinə dair xəbərdarlıq ediblər. İraq parlamentində nüfuzlu kürd qanunverici Mahmud Osman Amerikanın səsinə bildirib ki, bufer zonasının yaradılması problemin həll yolu deyil və bu, siyasi yolla həll edilməlidir. Türkiyə İraqı ölkənin şimalında mənzillənən PKK yaraqlıları ilə mübarizədə kifayət qədər iş görməməkdə günahlandırır. İraq bu ittihamı rədd edir.

XS
SM
MD
LG