Accessibility links

Ədəbiyyat sahəsində Nobel mükafatına fransız yazıçısı layiq görülüb


Ədəbiyyat üzrə Nobel mükafatına bu il fransız yazıçısı Jan Mari Gustav Le Klezio layiq görülüb. İsveç akademiyası Le Klezionu “Poetik macəra və ekstaz” əsərlər müəllifi adlandırıb. 68 yaşlı yazıçı Fransada ingilis ata və fransız anadan doğulub. Uşaq ikən Nigeriyada yaşayıb, Tailand, Meksika və ABŞ universitetlərində dərs deyib. Onun ilk romanı 1963-cü ildə çap edilsə də, ona uğur gətirən əsəri 1980-ci ildə işıq üzü görən “Səhra” romanı olub. Le Klezio bir sıra publisistik əsərlər və uşaq kitablarının müəllifidir.

XS
SM
MD
LG