Accessibility links

Robert Geyts: “Rusiya Qafqazın təhlükəsizliyini pozub”


ABŞ müdafiə naziri Robert Geyts ölkəsinin Gürcüstanın ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib. Budapeştdə NATO müdafiə nazirlərinin konfransında çıxış edən cənab Qeyts deyib ki, Rusiya avqust ayında Gürcüstana hərbi müdaxiləsi ilə Qafqazın təhlükəsizliyini pozub.
Amerika müdafiə naziri Budapeştdə habelə NATO alyansını Əfqanıstanda narkotik ticarətinin qarşısını qalmaq istiqamətində səylərə çağırıb. Qeyts deyib ki, NATO qoşunları Əfqanıstanın narko-ticarət infrastrukturuna və laborotiyalarına nəzarəti artırmalı, lazım gəldikdə hücumlar təşkil etməlidir. Cənab Geyts deyib ki, narkotik ticarətinə qarşı mübarizə, Əfqanıstanda müharibənin yeni strategiyasını təşkil etməlidir.

XS
SM
MD
LG