Accessibility links

Prezident Buş Slovakiya prezidenti ilə görüşüb


ABŞ prezidenti Corc Buş Birləşmiş Ştatlarda səfərdə olan Slovakiya prezidenti İvan Qasparoviçi əmin edib ki, Vaşinqton iqtisadi böhranın həll etmək üçün ciddi addımlar atacaq. Cənab Buş Ağ Evdə müxbirlərə deyib ki, o və Slovakiya lideri Avropa müttəfiqləri ilə qlobal maliyyə böhranını həll etmək üçün birgə siyasət üzərində işləmək istəyirlər.

Prezident Qasparoviç deyib ki, Slovakiya maliyyə böhranının təsirlərini azalda bilmək mövqeyindədir. Cənab Qasparoviç prezident Buşu əmin edib ki, onun ölkəsi Əfqanıstanda NATO üzvü kimi təəhhüdlərinin arxasında dayanır.

XS
SM
MD
LG