Accessibility links

Bernard Kuşner Rusiyanın atəşkəs razılığının şərtlərinə tam əməl etmədiyini deyir


Bernard Kuşner Rusiyanın qüvvələrini Gürcüstandan çıxarmasına dair atəşkəs razılığının şərtlərinə qismən əməl etdiyini deyir. Avropa ittifaqının prezidentliyini icra edən Fransanın xarici işlər naziri Kuşner bunu Rusiyanın atəşkəsin şərtlərinə necə əməl edildiyinin müşahidəsi məqsədi ilə Cənubi Osetiya regionuna səfər etdikdən sonra bildirib. Fransa rəsmisi deyib ki, qüvvələrin bütövlüklə regiondan çıxarılması, habelə hələ də rus qüvvələrinin nəzarəti altında olan Axalqori rayonu məsələsi oktyabr ayının 15-də, Çenevrə müzakirələri zamanı qaldırılacaq.

Qüvvələrin Gürcüstandan çıxarılması Fransa prezidenti Nikola Sarkozi və Rusiya prezidenti Dmitri Medvedev tərəfindən imzalanan atəşkəs razılığının əsas şərtidir.

XS
SM
MD
LG