Accessibility links

ABŞ prezidentliyinə namizədlər diqqətlərini iqtisadiyyata yönəltmişlər


ABŞ prezidentliyinə demokrat və respublikaçı namizədlər - Barak Obama və Con Makkeyn bir daha diqqətlərini iqtisadiyyata yönəltmişlər. Seçkilərə bir aydan az qaldığı bir vaxt namizədlər Amerikanın mühüm ştatlarında kampaniyalarını davam etdirirlər. Ohayo ştatının Deyton şəhərində tərəfdarları qarşısında çıxış edən Barak Obama iqtisadi böhrana görə, Vol Striti məsuliyyətsizlik və acgözlükdə günahlandırıb. Demokrat senator dirçəliş prosesinin uzun vaxt aparacağını bildirib.
Veb səhifəsində dərc edilən bəyanatında Demoakrat Partiyası Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyini addımlar atmağa və 700 milyard dollarlıq xilas proqramının dərhal həyata keçirilməsinə çağırır.

Respublikaçı namizəd Con Makkeyn isə amerikalıların həyatlarının ən böyük böranı ilə üzləşdiyini deyib. O, maliyyə böhranının mərkəzində ev böhranının yer aldığını və məhz bu problemin həllinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Con Makkeyn bir daha hökumətin pis kreditləri almaqla yanaşı, onların öhdəsindən gələ bilinən ipotekalarla əvəz edilməsi planından danışıb.
Bu ararda Gallap Pollun rəy sorğularına əsasən Barak Obama Makkeyndən öndədir. Respondentlərin 52%-i demokrat namizəd Obamya, 41%-i isə respublikaçı namizəd Makkeynə dəstək veridklərini bildiriblər.

XS
SM
MD
LG