Accessibility links

Kürd yaraqlıları Türkiyə ilə sərhədi keçməyə çalışıblar


Türkiyə hərbi qüvvələri İraqın şimalında sərhədi keçməyə cəhd göstərən kürd yaraqlılarına qarşı raket hücumu keçirildiyini bildirib. Hərbi qüvvələrin sözçüsü general Metin Gurak deyib ki, yaralıqlar dünən Türkiyə sərhəddini keçməyə cəhd göstərdikləri vaxt aşkar ediliblər. Onların çoxunun qətlə yetirildiyi bildirilir. Lakin Kürdüstan Fəhlə partiyasının sözçüsü yaraqlılardan heç birinin zonada olmadığnı və qrupun raket hücumundan zərər çəkmədiyini bildirib. Türkiyə rəsmiləri bu yaxınlarda təhlükəsizlik qüvvələrinə hücumlardan sonra kürd yaraqlılarına qarşı yeni aksiyaları müzakirə edirlər.

XS
SM
MD
LG