Accessibility links

ABŞ Şimali Koreyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb


ABŞ nüvə silahsizlaşdıdırlmasının Amerika və digər ölkələr tərəfindən müşahidəsi müqabilində Şimali Koreyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb. Bunu Pxenyanla razılıq əldə edən Amerika diplomatları bildirib. Şimali Koreya bu ilin əvvəllərində Yongbyon nüvə obyektinin fəaliyyətinin iqtisadi və enerji yardımı əvəzində dayandırılmasına razılıq vermişdi. Lakin proses Vaşinqtonun Şimali Koreyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarmaqdan imtina etməsi ilə dayanmışdı.
ABŞ Dövlət Departamenti razılığın təfərrüatını bu gün açıqlamalıdır. Dövlət katibi Kondoliza Rays Çin, Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirləri ilə artıq danışıb. Onun Şimali Koreyanın nüvə obyektini bağladığının təsdiqi məqsədi ilə Rusiyanın da xarici işlər naziri ilə müzakirələri gözlənilir.

XS
SM
MD
LG