Accessibility links

Rusiyanın "Soyuz" kosmik gəmisi fəzaya qalxıb


Tərkində əvəzedici ekipaj üzvü və bir Amerika milyonçusunu fəza gəzintisinə aparan Rusiyanın “Soyuz” gəmisi Beynəlxalq Fəza Stansiyasına yola düşüb. Kosmik gəmi bu gün Qazaxıstandakı Baykonur kosmodromundan fəzaya qalxıb.

ABŞ astronavtı Edvard Fink və rusiyalı Yuri Lonçakovla yanaşı, video oyunlar maqnatı, amerikalı milyonçu Riçard Qarriot da kosmik gəmidə fəzaya yollanıb. 10 gün davam edəcək uçuş Qarriota 30 milyon dollara başa gəlir. O, həm də atasından sonra kosmik fəzaya səyahət edən birinci turistdir.

Astronavt Ouen Qarriot ABŞ fəza agentliyi üçün 1973 və 83-cü illərdə iki missiya həyata keçirib. Qarriot Yer kürəsinə təxminən iki həftə sonra hazırkı ekipaj üzvü Serqey Volkov və Oleq Konomenko ilə birgə qayıdacaq.

XS
SM
MD
LG