Accessibility links

Şimali Koreya  Yonqbyon reaktorunun ləğvi prosesinə yenidən başlayır


Şimali Koreya bildirib ki, ABŞ Pxenyanı terroru dəstəkləyən hökumətlər siyahısında çıxardıqdan sonra indi Yonqbyon nüvə obyektinin ləğvi istiqamətində fəaliyyətlərini bərpa edəcək. Şimali Koreyanın xarici işlər naziri ABŞ-ın bu addımını alqışlayıb və Birləşmiş Ştatlar və BMT ekspertlərinin nüvə reaktorunun sıradan çıxarılması prosesini monitorinq etməsinə imkan verməyə söz verib. Cənubi Koreya da Buş Administrasiyasının bu addımını müsbəq qiymətləndirib. Şimali Koreya ilə çoxtərəfli nüvə danışıqlarında Cənubi Koreyanı təmsil edən Kim Sun bu gün Seulda jurnalistlərə deyib ki, hökuməti razılaşmanı altı-tərəfli danışıqların bərpası istiqamətində atılan müsbət addım kimi dəyərləndirir. Qeyd edək ki, ABŞ dünən Şimali Koreyanın adını terroru dəstəkləyən ölkələr siyahısından çıxarıb.

XS
SM
MD
LG