Accessibility links

Amerikanın səsinin baş məqaləsi: ABŞ-Azərbaycan münasibətləri


Bu yaxınlarda Birləşmiş Ştatlar Dövlət Katibinin Müavini Con Neqroponte Azərbaycana səfər edib. O bildirib ki, Birləşmiş Ştatlar və Azərbaycan bir sıra məsələlərdə vacib maraqları bölüşür və yaxından əməkdaşlıq edir.

Birləşmiş Ştatlar və Azərbaycan regional və qlobal sabitliyin təmin edilməsi işində tərəfdaşdır. Amerika və Azərbaycan əsgərləri İraq və Əfqanıstanda çiyin-çiyinə xidmət göstərirlər. Cənab Negroponte deyib ki, Azərbaycanın bu təhlükəsizlik prioritetlərinə verdiyi töhfə Amerika hökuməti və xalqı tərəfindən yüksək qiymətlənidirilir. Birləşmiş Ştatlar NATO-nun Sülh naminə
Tərəfdaşlıq proqramı çərçivəsində Azərbaycana müdafiə sistemində islahatlar aparmağa yardım göstərməyə davam edəcək.

Birləşmiş Ştatlar və Azərbaycan Qafqaz regionu və Avropa arasında enerji təchizat yollarının genişləndirilməsi işində strateji tərəfdaşdırlar. Birləşmiş Ştatlar və Azərbaycan xam neftin nəqli işində əməkdaşlıq etməklə yanaşı, Türkiyə-Yunanıstan – İtaliya və Nabuko təbii qaz kəməri layihəsinin gerçəkləşməsi və neftin nəqli imkanlarının genişləndirilməsi işində də əməkdaşlıq edirlər. Bütün bu təşəbbüslər Avropa və qlobal bazarlarda enerji təchizatının diversifikasiyası və təhlükəsiziliyi kimi məqsədə nail olmaq işinə kömək etmişdir.

Azərbaycan ölkədə oktyabrın 15-də prezident seçkilərinə hazırlıqlar gedən vaxt demokratik tərəqqi sahəsində sınaqla qarşılaşacaq. Hazırkı prezident İlham Əliyevlə yanaşı, 6 digər namizəd prezidentlik uğrunda mübarizə aparır.

Dövlət katibinin müavili Con Neqroponte deyib ki, qarşıdan gələn prezident seçkiləri Azərbaycan üçün onun xalqı və beynəlxalq ictimaiyyət tərəfindən azad, ədalətli və şəffaf kimi qiymətləndiriləcək seçki keçirməklə, özünün demokratik islahatlar kursuna sadiq qaldığını nümayiş etdirmək imkanıdır.

1993-cü ildən bəri Azərbaycanda keçirilən seçkilərin heç biri beynəlxalq demokratik standartlara tam cavab verməyib.

Rusiyanın Gürcüstana müdaxiləsi məsələsinə gəldikdə, Dövlət katibinin müavini John Negroponte bildirib ki, Birləşmiş Ştatlar və onun Avropadakı müttəfiqləri Gürcüstanın, o cümlədən, Azərbaycan və Ermənistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Cənab Neqropontenin sözlərinə görə, məhz bu şəraitdə Birləşmiş Ştatlar Dağlıq Qarabağ etnik münaqişəsinin sülh yolu ilə həll olunmasında Azərbaycana indi həmişə olduğundan daha artıq yardım etmək istəyir.

Birləşmiş Ştatlar Azərbaycanın və onun Cənubi Qafqazdakı qonşularının tərəqqisi və təhlükəsizliyini dəstəkləməyə davam edəcək.

XS
SM
MD
LG