Accessibility links

İran parlamentinin keçmiş spikeri prezident seçkilərinə qatılacaq


İranda aparıcı islahatçı siyasətçi, parlamentin keçmiş spikeri Mehdi Kərrubi gələn il prezident seçkilərinə qatılaraq, prezident Mahmud Əhmədinejadla rəqabət aparacağını bildirib. O, 2009-cu ildə prezidentliyə namizədliyini irəli sürəcəyini bu gün Tehranda mətbuat konfransı zamanı elan edib.

Mehdi Kərrubi cənab Əhmədinejadın administrasiyasının xarici siyasət və iqtisadi məsələlərdə uğursuz olduğunu bəyan edib. Kərrubi habelə İran prezidentini Holokostu rədd etdiyinə görə tənqid edərək deyib ki, Mahmud Əhəmədinejadın açıqlamaları İrana baha başa gəlir.

Mehdi Kərrubi İran prezidentliyinə namizədliyini irəli sürəcəyini elan edən ilk nüfuzlu siyasi fiqurdur.

Mahmud Əhmədinejad ikinci dəfə prezident seçilmək üçün ölkənin ali ruhani lideri Ayətullah Əli Xameneinin dəstəyini alıb.

XS
SM
MD
LG