Accessibility links

Əfqanıstanda yüz taliban yaraqlısı öldürülüb


Əfqanıstan və Beynəlxalq koalisiyanın hərbi qüvvələrə istinadən bildirilir ki, Əfqanıstanın cənubundakı Helmənd vilayətində baş verən döyüşlər zamanı təxminən 100 taliban yaraqlısı öldürülüb.

Taliban yaraqlıları raket və ağır silahlarla Helmənd vilayətinin mərkəzi Ləşgər Gah şəhərinə 3 tərəfdən hücuma keçmişlər. Lakin hərbi qüvvələrin rəsmiləri bildiriblər ki, NATO-nun başçılığı ilə qüvvələrin hava hücumları nəticəsində taliban yaraqlılarının qarşısı alınıb. Əsas etibarilə Helmənd vilayətində əməliyyatlar aparan Britaniya hərbi qüvvələri 50 taliban yaraqlısının öldürüldüyü haqda məlumat verib. Əfqan rəsmiləri isə öldürülənlərin sayının 62 nəfər olduğunu bildiriblər .

Həmin regionda üç gün davam edib dünən bitən ikinci döyüş zamanı onlarla yaraqlının öldürüldüyü haqda məlumat verilib.

Döyüşlər taliban yaraqlılarının yenidən qruplaşaraq, digər ekstremistlər və qeyri-qanuni narkotik maddələr ticarəti ilə əlaqə yaratdıqları Helmənd vilayətində baş verib.

Cari ildə atışmalarda çoxu taliban yaraqlısı olmaqla minlərlə əfqan öldürülüb. Beynəlxalq qüvvələrinin yüksək rütbəli komandiri, Amerika generalı David Mak Kirnan Kabildə müxbirlərə deyib ki, Ləşgər Gah döyüşlərində mülki vətəndaşlar arasında itkilərin olduğu barədə məlumat almayıb. Onun sözlərinə görə, beynəlxalq qüvvələr hər vəchlə mülki vətəndaşların həlak olmasına yol verməməyə çalışır.

XS
SM
MD
LG