Accessibility links

“İran öz konstitusiyasına hörmət etməlidir”


İrandakı insan haqlarının müdafiə qruplarının məlumatına görə, iyul ayından bəri ölkədə ən azı 8 fəal həbs edilib. Azərbaycan Siyasi Məhbusların Müdafiəsi Cəmiyyətinin direktoru Faxtə Zamani deyir ki, həbs olunanlar universitet tələbələri Məqsud Əhdi, Mənsur Əminiyan, Aydın Xacei, Əmir Mərdani, Məcid Makuli, Səccad Radmehr, Fəraz Zehtab və Dariuş Hatəmidir. Onlar iyul və avqust aylarında keçirilmiş bir sıra reydlər zamanı tutulublar.
Həbs olunanlara qarşı hər-hansı rəsmi ittiham irəli sürülməsə də, insan haqları müdafiəçiləri onların vicdan məhbusu olduqlarını və öz fikirlərini ifadə etdiklərinə görə günahlandırıldığını söyləyirlər.
"Onlar öz mədəni və dil hüquqlarının tanınmasını istəyirlər, bura Azərbaycan tükcəsində təhsil almaq da daxildir. Onlar bu hüquqların konstitusiyada təminat atına alındığını bildirirlər", -deyə Faxtə Zamani vurğulayıb.
İran konstitusiyasının 15-ci maddəsinə əsasən, fars dili ölkədə rəsmi dövlət dili olsa da bu dilə əlavə olaraq regional və tayfa dillərinin mətbuat və kütləvi informasiya vasitələrində istifadə olunmasına və bu dillərin məktəblərdə tədrisinə də icazə verilir.
İranda azərbaycanlılar sayca ən böyük etnik qrup olmaqla ölkə əhalisinin 25-30 faizini təşkil edirlər. Uzun müddət İran hökumətinin başqa millətlərə qarşı həyata keçirdiyi ayrıseçkilik siyasətinə baxmayaraq, son illərdə ölkənin Azərbaycan əyalətlərində milli oyanış inkişaf edib. Azərbaycan mədəniyyəti, dili və tarixinin öyrənilməsi istiqamətində tələblər artıb.
İran hökuməti həbslərə, hədə-qorxulara və insan haqlarının pozulmasına görə məsuliyyət daşıyır.Birləşmiş Ştatlar İranı konstitusiyasında azlıqların hüquqlarını təminat altına alan 19-cu maddəyə diqqət yetirməyə çağırır. Orada deyilir: "İranda yaşayan bütün xalqlar, etnik qrupu, irgi və dilindən asılı olmayaraq bərabər hüquqa malikdir".

XS
SM
MD
LG