Accessibility links

Aleksandr Lukaşenkonun səyahət qadağası ləğv edilib


Avropa İttifaqı Belarus prezidenti Aleksandr Lukaşenko və hökumətin digər üzvlərinin səyahət qadağasını müvəqqəti olaraq ləğv edib. Qadağanın 6 ay müddətinə dayandırıldığı bu gün Avropa İttifaqının nazirləri tərəfindən elan edilib. Lakin Lüksemburq toplantısı zamanı nazirlər bildirib ki, bu qərar siyasi məhbusların yoxa çıxamasında günahlandırılan şəxslərə şamil edilməyəcək. Belarus rəsmilərinin dondurulmuş hesabları olduğu kimi qalacaq. Avropa İttifaqı və ABŞ tərəfindən Lukaşenko və onun hökumətinin yüksək səlahiyyətli rəsmilərinə qarşı sanksiyalar 2006-cı ildə, Qərb müşahidəçilərinin saxtakarlıqlarla müşayiət olunduğu dedikləri prezident seçkilərindən sonra tətbiq edilib.

XS
SM
MD
LG