Accessibility links

Iqtisadiyyat üzrə Nobel mükafatını Amerika alimi aldı


Iqtisadiyyat üzrə 2008-ci ilin Nobel mükafatı Amerika alimi Pol Kruqmana verilib.
İsveç Kral Akademiyası bazar ertəsi bildirib ki, cənab Kruqman ticarət modellərinin analizi və iqtisadi aktivliyin paylanmasına dair apardığı araşdırmalarına görə mükafatlandırılıb.
Kruqman Nyu Cersidəki Printekon universitetinin professorudur və "New York Times" qəzetində davamlı köşə yazıları ilə çıxış edir.
İqtisadiyyat üzrə Nobel mükafatı bu il təqdim olunan 6 mükafatın sonuncusudur.

XS
SM
MD
LG