Accessibility links

Səhm birjaları qalxır


Dünya hökumətləri multi-milyard dollarlıq paketlərlə bankları gücləndirməyə səy göstərirlər. Onlar bankların yenidən borc verməyə başlamasına və kredit bazarını canlandırmağa çalışırlar. Britaniya hökuməti 3 iri banka 62 milyard dollar ayıracağını, Almaniya isə maliyyə sisteminə 600 milyard axıdacağını bildirir. ABŞ hökuməti də tezliklə 700 milyard dollarlıq xilas paketinin işə düşəcəyini deyir. Bu arada dünyanın bir çox yerlərində səhm birjaları sürətlə artıb. Londonda indeks 4 faiz, Parisdə və Frankfurtda isə 6 faiz qalxıb. Asiya bazarlarında Honq Konqun Hanq Senq indeksi 10 faiz artım nümayiş etdirir. Avstraliyada isə indeks 5.5 faiz artıb.
XS
SM
MD
LG