Accessibility links

Rusiya Çinə arxipelaq verdi


Rusiya Çinlə keçmiş mübahisəsinin həlli məqsədilə şərq sərhədindəki bir ada arxepelaqını Pekinə verib. Rusiyanın Çinə 174 kvadrat kilometrlik ərazini verməsi mərasimi rusiyalıların Bolşoy Ussuriyski adlandırdığı Heysiazi adasında keçirilib. Bu ada Rusiyanın Xabarovsk şəhəri yaxınlığındadır. Rusiya Heysiazi ilə yanaşı Tarabarov adasını da Çinə verib. Adalar Amur və Ussuri çaylarının birləşməsi yaxınlığında yerləşir.

Rusiya və Çin 1960-cı illərdə bu adalar üstündə qanlı döyüşlər aparıb. Çinin xarici işlər nazirinin sözçüsü Qin Qanq münaqişənin bu cür həllini beynəlxalq ictimaiyyətə misal kimi göstərib. Onun sözlərinə görə, bu, sülh danışıqlarının effektiv ola biləcəyini deyir.

XS
SM
MD
LG