Accessibility links

Andres Herkel: “Pozitiv iradə olsa, demokratik seçki keçirilə bilər”


Avropa Surası Parlament Assambleyasının Azərbaycanda seçkiləri müşahidə missiyasının rəhbəri Andres Herkel seçkiyə bir gün qalmış "Amerikanın səsi"nə müsahibə verib.
Cənab Herkel hazırda Bakıdadır və bu gün ərzində prezidentliyə namizədlər, eləcə də seçki qurumlarının rəhbərləri və digər şəxslərlə görüşüb. Onunla günün sonunda "Amerikanın səsi"nin əməkdaşı Ələkbər Raufoğlu telefonla əlaqə saxlayıb.
Andres Herkel deyib ki, seçkiyə bir gün qalmış ölkədəki siyasi vəziyyət qeyri-ənənəvidir. Bunula yanaşı, müşahidəçinin fikrincə, pozitiv iradə olarsa, demokratik seçki keçirilə bilər:
"Mən seçkinin müsbət keçəcəyini mümkün sayıram, hər halda, bəzi pozitiv məqamlarla rastlaşmışam. Əlbəttə, nöqsanlara da rast gəlmək olur, amma bu gün bunlardan danışmaq düzgün deyil. Mən ölkəsinin gələcəyini düşünən hər bir Azərbaycanlının seçkilərə qoşulub iradəsini ifadə edəcəyinə inanıram. Konkret olaraq seçki mühiti barədə indidən danışmaq çətindir. Sadəcə seçkiyə bir gün qalır".
Cənab Herkelə görə, qanunvericilik baxımından seçki ərəfəsində atılmış addımlar deməyə əsas verir ki, ölkədə sərbəst və demokratik səsvermə keçirmək mümkündür. Belə ki, bir müddət əvvəl Azərbaycan parlamenti seçkilərin hüquqi bazasını hazırlamaq üçün lazımi texniki düzəlişlər həyata keçirib.
Bu fakt beynəlxalq müşahidəçilərdə belə təsəvvür yaradıb ki, ədalətli və demokratik seçkilərin keçirilməsi üçün irəliləyişlər qeydə alınıb. Amma verilən tövsiyələrin heç də hər birinin tam şəkildə həyata keçirilmədiyi də missiya rəhbərini narahat edir.
Cənab Herkel eyni zamanda, seçkidə iştirak etməyən partiyalar da daxil olmaqla bütün siyasi qüvvələri seçki günü və ondan sonra məsuliyyətlərini dərk etməyə çağırır. Belə ki, onun fikrincə, seçkiqabağı atmosferin kifayət qədər rəqabətsiz olması adi vətəndaşların bu prosesdən – səsvermə hüququndan uzaq düşməsinə səbəb olmamalıdır. Missiya rəhbəri deyir ki, müxalifət partiyalarının seçkilərdə iştirak etməməsi onları öz hüquqlarını da müdafiə etməkdən məhrum edib: "Biz sentyabr ayında bir neçə beynəlxalq təşkilatla birlikdə bəyanat vermişdik. Mən deməliyəm ki, seçkinin daha ideal vəziyyətdə keçməsi üçün etdiyimiz çağırışlara bəzən siyasi qüvvələrin heç biri əhəmiyyət vermirdi. Amma ümumilikdə təşviqat kampaniyasında və qüvvələr nisbətində kəskin problem görmürəm. Prezidentliyə namizədlər seçki keçirmək üçün daha yaxşı hazırlaşıblar. Düzdür, sabah seçkinin necə keçəcəyi barədə hələ heç bir şey demək olmaz. Sabah müşahidə prosesində biz seçkilərin necə keçəyini görəcəyik". Andres Herkel sonda bildirib ki, müşahidə missiyası ilkin mövqeyini artıq seçkidən bir gün sonra açıqlayacaq.

XS
SM
MD
LG