Accessibility links

Şimali Koreyaya iqtisadi yardımlara qoyulan qadağa qüvvədə qalacaq


Yaponiyanın baş naziri Taro Aso ölkəsinin Şimali Koreyaya iqtisadi yardımlara qoyulan qadağanın qüvvədə qalacağını bildirib. Parlament komitəsi qarşısında çıxış edən baş nazir bildirib ki, Şimali Koreya tərəfindən vətəndaşlarının oğurlanması məsələsi həll edilməyənədək, Yaponiya o ölkəyə heç bir yardım göstərməyəcək. Nüvə fəaliyyətlərinin dayayndırılması müqabilində Şimali Koreyaya vəd edilən 500000 tonluq yanacaq yardımının bir hissəsini Yaponiya təmin etməlidir. Ötən şənbə günü ABŞ Şimali Koreyanın təftişə icazə verəcəyini bildirməsindən sonra o ölkənin terrorizmi dəstəkləyən ölkələr siyahıdan çıxarıldığını bəyan etmişdi.

XS
SM
MD
LG