Accessibility links

Cenevrədə Gürcüstanla bağlı müzakirələr başlayıb


Gürcüstan və Rusiya rəsmiləri iki ölkə arasında avqust ayında baş vermiş müharibədən sonra münasibətlərindəki gərginliyi həll etmək üçün Cenevrədə danışıqlara başlayıblar. Görüşün təşkilatçıları Avropa Birliyi, ATƏT və BMT-dir. Danışıqlar yüksək səviyyəli rəsmilər arasında aparılmalı idi, lakin hər iki tərəf görüşə nazir müavinləri səviyyəsində qatılıb. İlk müzakirələr texniki məsələlər ətrafında məhdudlaşıb. Gürcüstan hələ də Rusiyanın onun ərazisi olan Cənubi Osetiya və Abxaziya regionlarını tanımasına qarşı müqavimət göstərir. Mübahisələrə baxmayaraq, BMT baş katribi Ban Ki-Mun müzakirələri açıq élan edib.

XS
SM
MD
LG