Accessibility links

Əli Laricani nüvə mübahisəninin diplomatik yolla həllinə çağırıb


Əli Laricani İranın nüvə məsələləri üzrə keçmiş müzakirəçisidir. Ancaq o vəzifəsində olduğu zaman tutduğu mövqeyi dəyişməyib. Laricani deyir ki, İranın nüvə proqramı qəti şəkildə dinc mahiyyət daşıyır. O, “5+1” kimi tanınan BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyanın tələblərini rədd edir. İlkin şərt kimi İranın uranı zənginləşdirmək proqramını dayandırması tələb olunur. İran parlamentinin spikerinin sözlərinə görə, İran təhdidləri qəbul etməyəcək. O, ABŞ-ın bütün vasitələri açıq saxlamaq mövqeyinə cavab olaraq bildirib ki, diplomatiya hərbi yoldan daha uğurlu addımdır. Cənab Laricani “5+1” formatının danışıqlar masasına əyləşməməsini təəccübləndiyini bildirib. O, ABŞ və Böyük Britaniyanın İrana qarşı BMT-dən təcili əlavə sanksiyalar tələb etməsini tənqid atəşinə tutub: “Bəlkə onlar dünyaya son böhrandan sonra birgə addım atmalarını göstərmək istəyirdilər. Göstərmək istəyirdilər ki, “5+1” formatı hələ yaşayır və addımlar atmağa qadirdir. Onların əməlləri BMT TƏhlükəsizlik Şurasının etibarlılığına xələl gətirir. Buna baxmayaraq mənə elə gəlir ki, danışıqların qapısı açıqdır. Onlar davam edə bilər. Bu, son deyil”.
İyun ayında BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya İrana uranı zənginləşdirməyi dayandırmaq müqabilində iqtisadi və diplomatik yardımlar təklif etmişdi.
İran bu həftə ABŞ, Böyük Britaniya və Fransanın ultmatumunu rədd edib. Bu ölkələr təklifə aydın cavab verilməsinə çağırırdılar. Rəsmi Tehran bildirib ki, vaxt məhdudiyyəti ilə qarşı-qarşı qoyula bilməz.

Qərb dövlətləri İranı atom bombası hazırlamağa səy göstərməkdə günahlandırırlar. İran təkid edir ki, onun nüvə proqramı dinc mahiyyət daşıyır və nüvə silahsızlaşdırması proqramına əsasən belə fəaliyyətlər qanunidir.
Laricaninin sözlərinə görə, “5+1” formatı masa arxasına əyləşməli və danışqılara başlamalıdır. O deyib ki, başqa növ addımlar heç bir nəticə verməyəcək.

XS
SM
MD
LG