Accessibility links

Xam neftin qiyməti düşüb 


Dünya üzrə neft qiymətlərinin investorların qlobal iqtisadi tənəzzülün tələbatı azaldacağına dair narahatlıqları fonunda endiyi müşahidə olunur. Nyu York Ticarət birjasında gələcəkdə çatdırılacaq xam neftin qiyməti bir barrel üçün 71 dollara düşüb. Bu, son bir il ərzində xam neftin ən aşağı qiymətidir. Londonda noyarbda çatdırılacaq Brent xam neftin qiyməti isə bir barrel üçün 70 dollardan aşağı olub. Neft qiymətləri iyul ayında rekord 147 dollara qalxdıqdan sonra 50 faiz enib.

XS
SM
MD
LG